İran hakimiyyəti ölkənin şimal-qərbində İsraillə əməkdaşlıq etməkdə şübhəli bilinən ən azı 20 nəfəri həbs edib.
“Cebheinfo.az”-ın “Fars” agentliyinə istinadən məlumatına görə, həbslər Qərbi Azərbaycan əyalətində İsraillə əlaqəli şəbəkələrə edilən reydlər zamanı həyata keçirilib. Vilayət prokuroru Hüseyn Məcidi bu abrədə bildirib:
"İyirmi nəfər saxlanılıb və həbs edilib, onların hərbi, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin yerləşdiyi yer barədə məlumatı sionist düşmənə ötürdükləri müəyyən edildikdən sonra".
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olublar. Cavab olaraq, İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneyi və digər yüksək vəzifəli şəxslər də həlak olub.