Özbəkistanda Sovet İttifaqının sonuncu vətəndaşı tapılıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
53 yaşlı qadın Səmərqənd vilayətinin sakinidir. 1992-ci ildə evləndikdən sonra yaşayış yerini dəyişib, lakin şəxsiyyət vəsiqəsini dəyişdirməyib. Nəticədə, o, 30 ildən çox mövcud olmayan ölkənin pasportu ilə yaşayıb.
Özbəkistan Ədliyyə Nazirliyi vurğulayıb ki, vəziyyət müəyyən edildikdən sonra rayon ədliyyə şöbələri miqrasiya və vətəndaşlıq şöbəsi ilə birlikdə lazımi tədbirləri görüb.