Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Martın 15-də Ukrayna Silahlı Qüvvələri Krımda radar stansiyalarını və S-400 raket sistemini məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından məlumat verilib.
“Martın 15-nə keçən gecə Ukrayna ordusu Krımın Libknextovka rayonu ərazisində 59N6-E "Protivnik" və 73E6 "Parol" radarlarını məhv edib. Bundan başqa, zərbələr nəticəsində S-400 hava hücumundan müdafiə sistemi də zərərsizləşdirilib”, - məlumatda qeyd olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.