“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Frank de Yonqun sağalma müddəti barədə danışıb.
Publika.az xəbər verir ki, Flik şənbə günü keçirilən mətbuat konfransında jurnalistlərə bildirib:
“Ümid edirik ki, De Yonq milli fasilədən sonra geri qayıdacaq. Hər şey qaydasındadır. Düşünürəm ki, o, milli fasilədən sonra yenidən meydana çıxa biləcək”.