Bakı. Trend:
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandınpaytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda ikinciolub.
Trend-inməlumatına görə, yığmamız finalda Niderlanda 12:21 hesabı iləuduzaraq gümüş medal qazanıb.
Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat turnirinəlisenziya əldə edib.