AZ

Tokayevdən Pezeşkian haqqında şok çıxış: "Onun tam hakimiyyəti yoxdur"

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev iranlı həmkarı Məsud Pezeşkianın statusu və İrandakı real idarəçilik sistemi ilə bağlı sarsıdıcı bəyanat verib.

 Tokayev Pezeşkianın ölkəni rəsmən təmsil etsə də, faktiki olaraq həlledici qərarlar vermək səlahiyyətinə malik olmadığını bildirib. Qazaxıstan lideri öz fikrini konkret misalla əsaslandırıb: "Mən Prezident Pezeşkianın İranın ərəb ölkələrinə hücum etməyəcəyi barədə bəyanatını alqışlamışdım. O, hətta İran adından üzr də istəmişdi. Lakin sonradan bu bəyanatlar təkzib olundu – İran Körfəz ölkələrinə hücum etdi və bu hücumlar hələ də davam edir. Bu, o deməkdir ki, İran prezidenti tam hakimiyyətə sahib deyil".

Tokayevin sözlərinə görə, bu vəziyyət İranın mürəkkəb hakimiyyət strukturu ilə bağlıdır; bir tərəfdən dini rəhbərlik əsas istiqamətləri müəyyən edir və strateji qərarlar qəbul edir, digər tərəfdən isə prezident rəsmən dövlət başçısı sayılsa da, praktikada kilit fiqur rolunu oynamır. Bu açıqlama beynəlxalq aləmdə İranla aparılan diplomatik danışıqların effektivliyinin ciddi şübhə altına alınması kimi qiymətləndirilir.

Seçilən
29
news365.az

1Mənbələr