Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar kubokunda final matçına çıxıb.
QOL.az xəbər verir ki, yarımfinalda ABŞ millisinə 22:20 hesabı ilə qalib gələn komanda həlledi görüşdə Niderland yığması ilə qarşılaşıb. Görüş rəqibin 21:12 hesablı qələbəsi ilə başa çatıb.
Beləlilkə, Azərbaycan millisi turnirin gümüş medalarını qazanıb.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.