AZ

İmtahanının cavabları bu tarixdə AÇIQLANACAQ 

Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Belə ki, bu gün saat 15:30-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.

Martın 16-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.

Seçilən
0
4
azedu.az

10Mənbələr