AZ

İranda vahid komandanlıq yoxdur Yılmaz

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

İranın vahid komandanlığı yoxdur, buna görə də qonşularına hücumlar baş verir və Tehran da bunu inkar edir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz deyib.

“İranda hazırda vahid qərar qəbuletmə sistemi yoxdur. Onlar bunu mozaika strukturu adlandırırlar. Fərqli bir struktura doğru irəliləyirlər. Bu məsələnin detallarını araşdırmalıyıq. Lakin Türkiyə həm NATO üzvü, həm də müstəqil olaraq hər cür təhdidlərə qarşı tədbirlər görməyə davam edəcək”, - Yılmaz bildirib.

Qeyd edək ki, İrandan Türkiyəyə 4, 9 və 13 mart tarixlərində 3 raket atılıb. Hər 3 raket NATO tərəfindən havada zərərsizləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
axar.az

1Mənbələr