"Əmək pensiyaları haqqında" qanunun 8-ci maddəsinə edilən dəyişikliyə əsasən, əvvəllər qadınlara şamil olunan güzəştli pensiya hüququ hazırda kişilərə də şamil olunur.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev İqtisadiyyat.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, qanunun 8.1 maddəsində deyilir ki, valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır: