AZ

Millimiz ABŞ-a qalib gəlib finala yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda finala yüksəlib.

Moderator.az xəbər verir ki, yarımfinalda ABŞ millisi ilə qarşılaşan komanda 22:20 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi finalda Niderland yığması ilə qarşılaşacaq. Fİnal görüşü Bakı vaxtı ilə saat 14:05-da başlayacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Seçilən
16
10
moderator.az

10Mənbələr