AZ

Zərdabdan Bakıya narkotik gətirdi – Saxlanıldı

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə şübhəli bilinən 65 yaşlı Elçin Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 7Times.az-a verilən məlumata görə, həmin şəxsdən 8 kiloqram mariuxana, tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb.

Araşdırma zamanı E.Əliyevin narkotikləri Bakı şəhərinə apardığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
13
26
7times.az

10Mənbələr