AZ

“Formula 1”-in Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri Yaxın Şərqdə vəziyyətə görə ləğv edilib

“Formula 1” çempionatının Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan mərhələləri ləğv edilib.

Apasport.az xəbər verir ki, bu barədə “Formula 1”-in saytında məlumat yerləşdirilib. 

Qeyd edilib ki, Yaxın Şərqdə davam edən hadisələr səbəbindən vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra aprel ayında keçirilməsi nəzərdə tutulan Bəhreyn Qran-prisi və Səudiyyə Ərəbistanı Qran-prisi baş tutmayacaq. Müxtəlif alternativ variantlar nəzərdən keçirilsə də, nəticədə aprel ayı üçün təqvimdə heç bir əvəzləyici yarışın keçirilməməsi barədə qərar qəbul olunub. 

Eyni zamanda “Formula 2”, “Formula 3” və “F1 Academy” yarışlarının da planlaşdırılmış tarixlərdə keçirilməyəcəyi açıqlanıb.

Azərbaycan təmsilçiləri Türk Dövlətlərinin Xizək Kubokunda iki medal qazanıblar

Bu gün XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

İdmançımız beynəlxalq yarışda gümüş medal qazanıb - FOTO

Cəfərov Madeyrada mövsümün son yarışını uğurla başa vurdu - FOTO

Türkiyəli mütəxəssis Bakıda kamandan oxatma hakimliyi üzrə təlimlər keçib - FOTO

Seçilən
56
7
apasport.az

8Mənbələr