AZ

Ağcabədidə iki minik avtomobili qoqquşub, 4 nəfər xəsarət alıb FOTO

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağcabədidə iki minik avtomobili qoqquşub, 4 nəfər xəsarət alıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Mehralızadə Saya Vüsal oğlunun idarə etdiyi “Chevrolet” markalı, 77 EH 053 dövlət nömrəli avtomobil İsmayılov Rövşən Sərdar oğluna məxsus “VAZ-2106” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “VAZ-2106” yol kənarındakı dərəyə aşıb.

Nəticədə“VAZ-2106” -ın sürücüsü R. İsmayılov, sərnişini E. Məmmədov, həmçinin “Chevrolet”in sürücüsü S. Mehralızadə və sərnişini, 1996-cı il təvəllüdlü G. Mehralıyeva xəsarət alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
6
apa.az

10Mənbələr