AZ

Əkbər Abbasovla fəxr edirik

Bu gün ictimai fəaliyyətində fəallığı, vətənpərvər mövqeyi və səmimi insanlığı ilə tanınan Abbasov Əkbər Hüseyn oğlunun doğum günüdür.
Əkbər müəllim 15 mart 1970-ci ildə Ağstafa rayonunda anadan olmuşdur. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 1990-cı ildən etibarən Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Ağstafa Xətt Polis Şöbəsində çalışmış, xidmət illərində məsuliyyəti və prinsipial mövqeyi ilə seçilmişdir. 38 yaşında təqaüdə çıxsa da, cəmiyyətə xidmət yolunu davam etdirmiş, ictimai fəaliyyət sahəsində də fəal iştirak etmişdir.
O, müxtəlif dövrlərdə Qarabağ əlillərinə və qazilərinə dəstək göstərən ictimai təşəbbüslərdə iştirak etmiş, 2019–2020-ci illərdə “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədr müavini olmuşdur. 2017–2019-cu illərdə İctimai Nəzarət Koalisiyasının Ağstafa rayon təşkilatına rəhbərlik etmiş, 2020-ci ildən isə təşkilatın regional şöbəsinin sədri kimi fəaliyyət göstərərək cəmiyyət və dövlət arasında ictimai nəzarətin gücləndirilməsi istiqamətində mühüm işlər görmüşdür və hal hazırda da görür.
Əkbər müəllim ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə formalaşan “ictimai nəzarət” ideyasına ilk qoşulan vətənpərvər ziyalılardan biri kimi tanınır. O, daim fəallığı, sədaqəti və cəsarəti ilə seçilən, ətrafında hörmət və etibar qazanan insanlardandır.
Ailəsinə bağlı, nümunəvi ata və baba olan Əkbər müəllimin iki övladı və üç nəvəsi vardır. Onun həyat yolu gənc nəsil üçün vətənə xidmətin, dürüstlüyün və insanlara faydalı olmağın gözəl nümunəsidir.
İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov da bu əlamətdar gün münasibətilə öz təbriklərini çatdıraraq qeyd etmişdir ki, artıq uzun illərdir ki, Əkbər müəllim təşkilatın Ağstafa regional bölməsinə rəhbərlik edir və daim fəallığı, sədaqəti və cəsarəti ilə seçilir. O, İstanbuldan göndərdiyi təbrikində Əkbər müəllimə uzun ömür, möhkəm can sağlığı və yeni uğurlar arzulayır.
Bu əlamətdar gün münasibətilə Əkbər müəllimi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.


İctimai Nəzarət Koalisiyası,
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi,
Sabitlik və İnkişaf Mərkəzinin kollektivi


Seçilən
38
azia.az

1Mənbələr