AZ

Bağırsaq xərçəngindən sağalan qadın 3 vacib əlaməti açıqladı

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bağırsaq xərçəngi adətən yaşlı insanlarda müşahidə edilən xəstəlik kimi tanınsa da, ABŞ-də yaşayan 25 yaşlı Peyc Zayfertin təcrübəsi bu təhlükənin gənc yaşda da yarana biləcəyini sübut edir.Demokrat.az-ın məlumatına görə hazırda xəstəlikdən tam sağalmış gənc qadın digər insanları xəbərdar etmək üçün öz simptomlarını açıqlayıb.Peyc 24 yaşında diaqnoz qoyulmazdan əvvəl üç əsas əlamətlə qarşılaşıb: qanlı nəcis, qarın nahiyəsində olan ağrılar və davamlı yorğunluq hissi. O qeyd edir ki, qarın ağrıları müntəzəm olmasa da, bədəninin ona verdiyi siqnalları hiss edirdi. İlkin dövrlərdə yaşının gənc olması səbəbilə nə xəstə, nə də həkimlər xərçəngdən şübhələniblər. Lakin standart müalicə metodlarının faydasız olduğunu gördükdə, kolonoskopiya müayinəsi zəruri olub. Bu müayinə xərçəngin artıq bağırsaqdan kənara yayıldığını və üçüncü mərhələdə olduğunu üzə çıxarıb.On iki kurs kimyaterapiyadan keçən gənc qadın hazırda tam sağalıb və xəstəliyin heç bir əlaməti qalmayıb. Bu cür hallar gənc yaşda öz sağlamlığına qarşı diqqətli olmağın nə qədər vacib olduğunu göstərir. İstənilən izah edilməyən həzm pozğunluğu, xroniki yorğunluq və ya nəcisdə qan izləri aşkar edildikdə, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
demokrat.az

1Mənbələr