AZ

İçməli suda ŞOK təhlükə - Bakteriyalar yayılır...

Böyük Britaniyada ən böyük içməli su hövzəsi olan Lox-Ney gölündə antibiotiklərə davamlı bakteriyaların formalaşmasına səbəb ola bilən genlər aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aparılan tədqiqatın nəticələrinə əsasən "The Guardian" nəşri məlumat yayıb.

Məlumata görə, sözügedən su hövzəsi Şimali İrlandiya əhalisinin təxminən 40 faizinin içməli su mənbəyidir. Tədqiqatlar adi penisilinlərdən tutmuş ən ağır infeksiyaların müalicəsində tətbiq olunan karbapenemlərə qədər bir sıra antibiotiklərə qarşı davamlılıq genlərinin mövcudluğunu göstərib.

Alimlər xəbərdarlıq edirlər ki, bu cür preparatlar tibbdə "son müdafiə xətti" hesab olunur.

Su nümunələrində insan və heyvan nəcisinin izləri də aşkar edilib.

Mütəxəssislər hesab edirlər ki, çirkab suları və heyvan tullantıları patogenlərin, antibiotik qalıqlarının və davamlı mikroorqanizmlərin su hövzələrinə daxil olmasına səbəb olur. Bu isə antibiotiklərə davamlı bakteriyaların yayılması üçün əlverişli şərait yaradır./Oxu.az

Seçilən
27
1
bakivaxti.az

2Mənbələr