AZ

Misir Prezidenti Yaxın Şərq üçün dönüş nöqtəsi elan edib

Yaxın Şərq Fars körfəzindəki münaqişə fonunda tarixi dönüş nöqtəsi yaşayır.

Bu açıqlamanı Misir Prezidenti Əbdülfəttah əs-Sisi verib.

O, regionun yol ayrıcında olduğunu və müharibənin nəticələrinin bütün Yaxın Şərq ölkələrinə, xüsusən iqtisadi və sosial sahələrə təsir göstərə biləcəyini bildirib.

Əs-Sisi qeyd edib ki, Misir sonrakı eskalasiyanın qarşısını almaq üçün səylər göstərir və böhranın diplomatik yolla həllinin tərəfdarıdır.

Misir lideri həmçinin bildirib ki, Qahirə ərəb ölkələrinə qarşı təcavüzü qətiyyətlə pisləyir və münaqişə tərəflərini mübahisələri dialoq yolu ilə həll etməyə çağırır.

Bundan əlavə, Misir Prezidenti vətəndaşları ölkənin ciddi itkilərə məruz qaldığı 2010-2011-ci illərdəki hadisələrin təkrarlanmasının qarşısını almağa çağırıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

"Cebheinfo.az" 

Seçilən
33
3
cebheinfo.az

4Mənbələr