AZ

Zaqatalada ikimərtəbəli evdə yanğın olub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zaqatala, 15 mart, AZƏRTAC

Zaqatalada ikimərtəbəli evdə yanğın olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın Zaqatala rayonun Qımır kənd sakini Xoşbəxt Mazanova məxsus yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir neçə texnikası və çox sayda canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli evin dam örtüyünün 225 kvadratmetri yanıb. Evin qalan hissəsi yanğınsöndürənlərin səyi nəticəsində mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Müxbir - Rasim İslamoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
5
azertag.az

6Mənbələr