AzVision.az xəbər verir ki, Fidan Associated Press agentliyinə eksklüziv müsahibəsində belə deyib.
Həm Vaşinqton, həm də Tehran ilə münasibətləri olan Ankara hələ müharibə başlamazdan əvvəl tərəflər arasında vasitəçilik etməyə çalışmışdı.
Nazir bildirib ki, hazırda diplomatik proses üçün şərait əlverişli deyil.
“Hazırkı şərait diplomatiya üçün çox da uyğun deyil”, – deyə Fidan qeyd edib.
Onun sözlərinə görə, iranlılar özlərini aldadılmış hiss edirlər, çünki nüvə proqramı ilə bağlı ABŞ ilə aktiv danışıqlar apardıqları bir vaxtda ikinci dəfə hücuma məruz qalıblar.
Bununla belə, Fidan hesab edir ki, İran hələ də qeyri-rəsmi diplomatik kanallar vasitəsilə məntiqli dialoqa açıqdır.
Qeyd edək ki, 57 yaşlı Hakan Fidan 2023-cü ildə xarici işlər naziri təyin olunmazdan əvvəl on ildən çox Türkiyənin kəşfiyyat xidmətinə rəhbərlik edib.
Məhəmmədəli Həsənli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta