AZ

Aktyorun yumoristik videoları Paşinyanın tərəfdarlarını qəzəbləndirdi

Məşhur erməni aktyor, İrəvanın keçmiş meri Hayk Marutyan Ermənistanın hakim partiyasının üzvlərini qəzəbləndirib.

Publika.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb. Qeyd edilib ki, aktyorun Facebook səhifəsində baş nazirə dair paylaşdığı videolar Nikol Paşinyanın tərəfdarlarının narazılığına səbəb olur. İddia olunub ki, hakim siyasi qüvvəni dəstəkləyən fəallar Marutyanın istehzasından qəzəblənərək onun haqqında müxtəlif şərhlər və açıqlamalar verməyə başlayıblar.

"Yayılan şayiələrə görə, Marutyan yaxın həftələrdə bölgələrə də səfər edəcək və sakinlərlə fərqli formatda görüşlər keçirəcək. O, yerli əhali ilə söhbətlər aparmaqdan əlavə, İrəvan meri olduğu dövrdə baş vermiş pərdəarxası hadisələri də onlarla bölüşəcək. Aktyor bu hadisələri insanlara yumoristik şəkildə təqdim edəcək", - nəşr yazıb.

Tural

Seçilən
33
publika.az

1Mənbələr