AZ

Xəstəlik geni yaradır Hər gün istəmədən biraz yeyirik

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Plastik çirklənməsi yalnız ətraf mühit üçün deyil, həm də gələcək nəsillərin genetik sağlamlığı üçün ciddi risk yaradır. Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, mikroplastiklərlə təmasda olan erkək siçanların nəslində maddələr mübadiləsi pozğunluqlarının yaranma ehtimalı kəskin artır.Demokrat.az-ın məlumatına görə "Journal of the Endocrine Society" jurnalında dərc olunan araşdırma bu təhlükənin mexanizmini üzə çıxarıb.Təcrübələr göstərib ki, mikroplastiklər erkək fərdlərin sperma tərkibini dəyişdirir. Bu dəyişiklik onların nəslində, xüsusilə dişi balalarda diabet və digər metabolik xəstəliklərin inkişafına yol açır. Maraqlıdır ki, bu təsir birbaşa DNT zədələnməsi ilə bağlı deyil. Mikroplastiklər spermadakı kiçik RNT molekullarını dəyişdirərək embrionun erkən inkişafını "yenidən proqramlaşdırır". Nəticədə dişi nəslin qaraciyərində qan şəkərini tənzimləyən və iltihabla bağlı genlərin fəaliyyəti süni şəkildə artır.Ölçüsü 5 millimetrdən kiçik olan bu hissəciklər plastik əşyaların parçalanması nəticəsində yaranaraq suya, torpağa və havaya qarışır. İnsanlar və heyvanlar mikroplastikləri qida və su vasitəsilə mütəmadi qəbul edirlər. Alimlər bildirirlər ki, heyvanlar üzərində əldə olunan bu nəticələr plastik çirklənməsinin nəsillərarası sağlamlıq üçün necə böyük bir təhdid olduğunu sübut edir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
demokrat.az

1Mənbələr