AZ

Azyaşlıları zorlamış məşhur aktyor həbsxanada öldü

İki yeniyetmə qıza təcavüz etməkdə təqsirli bilinən britaniyalı aktyor Con Elford (əsl familiyası Şennon-red.) ona kəsilmiş hökmdən iki ay sonra həbsxanada ölüb.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Nəşr Böyük Britaniya aidiyyəti qurumuna istinad edib.
Qeyd edilib ki, Con Şennon 13 mart 2026-cı ildə Norfolkdakı HMP həbsxanasında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.

Elfordun 54 yaşı var idi. O, iki yetkinlik yaşına çatmayan qıza cinsi təcavüz etməkdə təqsirli bilindikdən sonra bu ilin yanvar ayında məhkum edilib. Məşhur aktyor 14 yaşlı bir qızla cinsi əlaqədə olduğu üçün dörd maddə, eləcə də 15 yaşlı bir qıza qarşı cinsi təcavüz və cinsi zorakılıq ittihamları ilə təqsirli bilinmişdi. Hadisələr 2022-ci ildə onun Hertfordşirdəki evində baş verib.

Məhkəmə prosesi zamanı müstəntiqlər aktyorun cinayətləri dostunun təşkil etdiyi məclisdə, qızların sərxoş olduqları zaman törətdiyini bildiriblər.

Seçilən
37
publika.az

1Mənbələr