ain.az, Qol.az portalına istinadən məlumat yayır.
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin yeni klubu "Kolambus Krü"da (ABŞ) növbəti oyuna çıxıb.
QOL.az xəbər verir ki, MLS-də "Neşvill"ə qarşı keçirilən 4-cü turun səfər oyunu rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Martın 9-da komandaya qoşulan Nəriman bu matçın iştirak ərizəsində yer alsa da, sona qədər ehtiyatda qalıb.
Hazırda "Neşvill"ə 10 xalla 2-ci, "Kolambus Krü" isə 2 xalla 13-cü pillədə qərarlaşıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.