AZ

Yaxın Şərq tarixi dönüş nöqtəsi yaşayır - Misir prezidenti

Bakı. Trend:

Yaxın Şərq Fars körfəzindəki münaqişə fonunda tarixi dönüşnöqtəsi yaşayır.

Trend xəbər verir ki, bunuMisir prezidenti Əbdülfəttah əs-Sisi bəyan edib.

Onun sözlərinə görə, region hazırda mühüm seçim qarşısındadır vəmüharibənin nəticələri Yaxın Şərq ölkələrinin hamısına, xüsusiləiqtisadi və sosial sahələrə ciddi təsir göstərə bilər.

Əs-Sisi vurğulayıb ki, Misir gərginliyin daha da artmasınınqarşısını almaq üçün səylər göstərir və böhranın diplomatikyollarla həllini dəstəkləyir.

Misir prezidenti həmçinin bildirib ki, Qahirə ərəb ölkələrinəqarşı istənilən təcavüzü qətiyyətlə pisləyir və münaqişətərəflərini problemləri dialoq vasitəsilə həll etməyə çağırır.

Bundan əlavə, o, vətəndaşları ölkənin ciddi itkilər verdiyi2010–2011-ci illərdə baş verən hadisələrin yenidən təkrarlanmamasıüçün diqqətli olmağa səsləyib.

Seçilən
39
1
az.trend.az

2Mənbələr