AZ

Xırdalanda QAZ BÖHRANI: Gənclər şəhərciyinin sakinləri kömək istəyir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xirdalan şəhəri "Abşeron Gənclər Şəhərciyi"ndə qaz kəsilib.

Bu barədə Bakıvaxtı.az-a bir qrup sakin məlumat verib.

Onlar bildiriblər ki, dünən gecədən etibarən şəhərciyə qazın verilişi dayandırılıb və buna dair sakinlərə hər hansı məlumat verilməyib: "Burada yaşayanların əksəriyyəti gənc ailələrdir. Körpə uşaqlar bu qış günündə taleyin ümidinə buraxılıb. Ən müxtəlif qızdırıcı vasitələrdən istifadə edirik, lakin bunlar kifayət etmir. İsi su belə tapmaq olmur. Qaz 1 və ya 2 saat kəsilər, az qala 12 saatdır, qaz yoxdur. Səbəb isə açıqlanmır".

Sakinlər bildirir ki, aidiyyəti strukturlara müraciət etsələr də, doğru-düzgün cavab ala bilməyiblər: "Müraciət edirik, qeyri-müəyyən cavablar alırıq. Qazın verilişi bərpa olunmasa, ölkə rəhbərliyinə müraciət edəcəyik. İşinə bu şəkildə məsuliyyətsiz yanaşmaq olmaz. Şəhərcikdə həyat iflic olub".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
bakivaxti.az

1Mənbələr