AZ

Qamətin əyilməsi və səhərlər yorğun oyanmağın ortaq səbəbləri

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qamətin əyilməsi, yuxu zamanı xoruldama və səhərlər yorğun oyanmaq çox vaxt ortaq bir səbəbdən - dişlərin və çənənin qeyri-düzgün qapanmasından qaynaqlana bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya mütəxəssisi, stomatoloq Viktoriya Karatayeva "Gazeta.ru"ya açıqlamasında deyib.

Həkimin sözlərinə görə, çənənin mövqeyinin dəyişməsi nəticəsində əzələ disbalansına səbəb olan malokklüziya (yanlış dişləmə) çarpaz, dərin, açıq, mezial və distal kimi müxtəlif növlərə bölünür.

Mütəxəssis vurğulayıb ki, çənə sümüyünün struktur pozuntuları tənəffüs prosesinə də mənfi təsir göstərir. Damaq və yuxarı çənə daraldıqda tənəffüs yolları kiçilir və insan ağızla nəfəs almağa məcbur qalır. Nəticədə yuxu apnesi və xoruldama ehtimalı artır, gecə vaxtı beyinə kifayət qədər oksigen çatmır. Bu səbəbdən insan gün ərzində əsəbi, yuxulu və halsız hiss edir.

Daimi olaraq ağızdan nəfəs almaq ağız boşluğunun qurumasına səbəb olur. Bu isə selikli qişanın iltihablanması və kariyes riskinin artması ilə nəticələnə bilər. Qeyd olunan fəsadlardan qorunmaq üçün diş qapanmasının bərpa edilməsi vacib hesab olunur.

V.Karatayeva əlavə edib ki, miqren və xroniki baş ağrılarından əziyyət çəkən bəzi pasiyentlərdə əsas problem məhz malokklüziya və çənə-gicgah oynaqlarının fəaliyyət pozuntuları ilə bağlıdır.

Xəstəliyin diaqnostikası üçün ortodont müayinəsi tələb olunur. Zərurət yaranarsa, MRT, kompüter tomoqrafiyası və ya rentgen müayinəsi aparılır. Müalicə üsulu xəstənin yaşından və patologiyanın ağırlıq dərəcəsindən asılı olaraq dəyişir: azyaşlılarda xüsusi lövhələr və çənəni genişləndirən aparatlar, böyüklərdə isə hizalayıcı sistemlər və breketlər tətbiq olunur.

Həkimin sözlərinə görə, müasir ortodontiya texnologiyaları sayəsində hər yaşda sapfir, keramika və ya metal breketlərin köməyi ilə dişləmə qüsurlarını aradan qaldırmaq mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
101
3
oxu.az

4Mənbələr