AZ

Kimyəvi təmizləyicilərə pul tökməyin Hormonları pozur

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Evlərin daxilindəki hava çöldəki hava ilə müqayisədə bir neçə dəfə daha çirkli ola bilər. Qapalı məkanlarda uçucu üzvi birləşmələrin konsentrasiyası açıq havadan 2–5 dəfə yüksəkdir. Xüsusilə təmizlikdən sonra yaranan "təravət" qoxusu orqanizm üçün ciddi risklər yaradır.Demokrat.az-ın məlumatına görə Minsk Vilayət Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Darya Polikarpova hansı məhsullardan uzaq durmağın vacibliyini açıqlayıb.Məlum olub ki, təmizlik vasitələrinə qoxunu sabitləşdirmək üçün əlavə edilən ftalatlar endokrin sistemin işini pozur. Aqressiv spreylərdən istifadə isə astma xəstəliyinin yaranma riskini 20 faizə qədər artırır. Azyaşlı uşaqların orqanizmində bəzən 48 növə qədər potensial təhlükəli kimyəvi maddə aşkar edilir.Həkim tərkibində xlor olan maddələrin selikli qişanı qıcıqlandırdığını və xroniki bronxitə səbəb ola biləcəyini vurğulayıb. Şüşə təmizləyicilərdə tez-tez rast gəlinən ammonyak isə tənffüs yollarına mənfi təsir edərək astma xəstələri üçün təhlükə yaradır. Üstəlik, aerozol şəklində olan vasitələrin hissəcikləri ağciyərlərin dərinliyinə qədər nüfuz edir. Buna görə də sprey əvəzinə maye və ya gel formalı məhsullara üstünlük vermək, onları birbaşa səthə yox, dəsmala çəkərək istifadə etmək tövsiyə olunur.Təhlükəsiz təmizlik üçün kimyəvi vasitələri daha sadə məhsullarla əvəz etmək mümkündür. Məsələn, limon turşusu ərpi təmizləyir, soda yumşaq aşındırıcı rolunu oynayır, sirkə isə dezinfeksiyaedici təsir göstərir. Xlorlu ağardıcıların əvəzinə oksigenli vasitələrdən istifadə etmək daha məqsədəuyğundur. Əsas qaydalardan biri də təmizlik zamanı və ondan sonra otağın havasını mütləq dəyişməkdir.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
93
demokrat.az

1Mənbələr