AZ

Donald Tramp: “Sadəcə əyləncə üçün bir neçə dəfə də vura bilərik”

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp İranla razılaşma üçün şərtlərin hələ uyğun olmadığını bildirib və İranın yeni dini liderinin ölmüş ola biləcəyini iddia edib. O, İranın neft ticarətinin böyük hissəsinin həyata keçirildiyi Xark adasının bombalanmasından danışarkən hücumların adanın böyük hissəsini dağıtdığını deyib və əlavə edib: “Sadəcə əyləncə üçün bir neçə dəfə də vura bilərik.”

Sherg.az xəbər verir ki, ABŞ və İsrailin 28 fevralda Tehrana endirdiyi zərbələrdən sonra başlayan qarşıdurma davam edir. Tramp həmçinin İranın Hörmüz boğazını minalayıb-minalamadığının dəqiq olmadığını söyləyib.

O, ilk hücum günündə öldürüldüyü bildirilən İranın ali dini lideri Əli Xameneinin yerinə seçilən oğlu Müctəba Xamenei barədə də danışaraq yeni dini liderin ölmüş ola biləcəyini iddia edib.

Tramp sosial şəbəkədəki açıqlamasında Hörmüz boğazının açıq və təhlükəsiz qalması üçün bir çox ölkənin bölgəyə hərbi gəmilər göndərə biləcəyini bildirib və ABŞ-ın bu prosesdə koordinasiya rolunu oynayacağını deyib.

İranın xarici işlər naziri Abbas Araqçi isə cavab olaraq ABŞ-ın təhlükəsizlik sisteminin zəif olduğunu və Vaşinqtonun indi boğazın təhlükəsizliyi üçün digər ölkələrdən, hətta Çindən belə kömək istədiyini söyləyib.

Qeyd olunur ki, dünya neft ticarətinin təxminən 20 faizi Hörmüz boğazından keçir. İranın burada mina yerləşdirdiyi iddia olunsa da, Tehran bu məlumatı təkzib edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
127
sherg.az

1Mənbələr