AZ

Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə referendum keçiriləcək

Bakı. Trend:

Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə bağlı bu günümumxalq səsverməsi təşkil olunacaq. Referendum çərçivəsindəvətəndaşlardan təqdim edilən Konstitusiya layihəsinə dəstəkvermələri və ya onu rədd etmələri istəniləcək.

Trend xəbər verir ki,Konstitusiya islahatları təşəbbüsü Qazaxıstan PrezidentiKasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.

Dövlət başçısı 2025-ci ilin sentyabrında 30 ildən artıqmüddətdir qüvvədə olan Konstitusiyada dəyişikliklərin aparılmasınıtəklif edib. O, xüsusilə ikipalatalı parlament sistemininbirpalatalı parlament modeli ilə əvəz olunmasını təklif edib.

Daha sonra, bu ilin yanvar ayında Tokayev vitse-prezidentvəzifəsinin təsis olunması, məsləhətçi qurumlarda islahatlarınhəyata keçirilməsi, Konstitusiyanın preambulasında dəyişiklikləredilməsi və bir sıra digər düzəlişlərin aparılması ilə bağlıtəkliflər irəli sürüb.

İslahatların hazırlanması məqsədilə 100-dən artıq siyasətçi,ekspert və ictimai xadimdən ibarət Konstitusiya Komissiyasıyaradılıb. Komissiyanın yekun rəyinə əsasən, təklif olunandəyişikliklər mövcud Konstitusiyanın 80 faizdən çoxunu əhatəetdiyinə görə yeni əsas qanun layihəsinin hazırlanması qəraraalınıb.

Seçilən
119
az.trend.az

1Mənbələr