AZ

Avropa çempionatında bürünc medal qazandı - Qurbanov

Azərbaycanın yunan-Roma güləşçisi İlkin Qurbanov (63 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə gürcüstanlı Rati Kozrevanidzeni 8:3 hesabı ilə məğlub edib.

Bu, Avropa çempionatında Azərbaycanın 4-cü bürünc medalı olub. Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) də bürünc medal sahibi olublar.

Fərid Sadıqlı gümüş medal qazanıb. O, finalda rusiyalı Alibek Amirova məğlub olub.

Bu, Azərbaycan təmsilçilərinin qazandığı 7-ci gümüş medal olub. Daha əvvəl Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova (62 kq) gümüş medal əldə edib.

Elmin Əliyev (82 kq) yarımfinalda belaruslu İlya Valevskini 8:2 hesabı ilə üstələyib.

Seçilən
105
sportinfo.az

1Mənbələr