AZ

İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi

BAKI, 15 mart. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri İranın pilotsuz uçuş aparatının Əbu-Dabi əmirliyində yerləşən neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Əbu-Dabi hakimiyyəti məlumat yayıb.

Məlumata görə, hücum sənaye şəhəri Ər-Ruveysdə yerləşən neft emalı müəssisəsində yanğına səbəb olub. Hadisə yerinə cəlb olunan xilasedicilər alovu söndürmək üçün iş aparırlar.

Əmirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib ki, yanğın nəzarət altına alınıb və hazırda yanğının tam lokallaşdırılması istiqamətində tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmadığı qeyd olunub.

Qeyd edək ki, İran fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatdan sonra regionda bir sıra hədəflərə, o cümlədən BƏƏ ərazisindəki obyektlərə zərbələr endirməyə başladığını bəyan edib.

Seçilən
44
teleqraf.com

1Mənbələr