AZ

Azərbaycanlı hücumçuya qarşı haqsızlıq, yoxsa taktika?

ain.az, Fanat portalına istinadən məlumat verir.

Bu gün Almaniya II Bundesliqasında keçiriləcək "Kayzerslautern" – "Karlsruher" qarşılaşması azərbaycanlı futbolsevərlərin diqqət mərkəzindədir.

Fanat.Az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin matça start heyətdə başlaması gözlənilmir.

Mövcud proqnozlara görə, “Kayzerslautern”in hücum xəttində əsas seçim kimi Norman Bassettenin meydana çıxacağı bildirilir. Komandanın ehtimal olunan start heyətində Emrelinin adı yer almır.

Bu səbəbdən Azərbaycan millisinin futbolçusunun qarşılaşmaya ehtiyat oyunçular skamyasından başlaması daha real görünür. Matçın gedişində isə baş məşqçinin hücum xəttini gücləndirmək üçün Emreliyə şans verməsi istisna edilmir.

Qeyd edək ki, "Kayzerslautern" – "Karlsruher" görüşü Almaniyanın Kayzerslautern şəhərində yerləşən “Frits Valter” stadionunda keçiriləcək və komandaların rəsmi start heyətləri oyunun başlanmasına təxminən bir saat qalmış açıqlanacaq.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
fanat.az

2Mənbələr