AZ

Vaşinqtondan kritik siqnal: İranla...

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki müttəfiqlərin İranla münaqişənin dayandırılması üçün danışıqlara başlanması ilə bağlı təkliflərini rədd edib.

Musavat.com xəbər verir ki, bu barədə Reuters agentliyi Ağ Evə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton hazırkı mərhələdə belə danışıqlarda maraqlı olmadığını açıq şəkildə bildirib.

Ağ Ev qeyd edir ki, ABŞ administrasiyası İranla bağlı hərbi əməliyyatları dayandırmaq niyyətində deyil və mövcud strategiya davam etdiriləcək.

Bildirilir ki, regiondakı bir sıra müttəfiq ölkələr münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün vasitəçilik təşəbbüsü ilə çıxış ediblər və tərəflər arasında danışıqların başlanmasını təklif ediblər. Lakin Vaşinqton bu təşəbbüsləri qəbul etməyib.

Musavat.com

Seçilən
59
2
musavat.com

3Mənbələr