“Qalatasaray”ın ulduz hücumçusu Mauro İkardi “Başakşehir”lə oyundan sonra diqqət çəkən davranışı ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, İkardi Çempionlar Liqasında “Liverpul” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra komandanın çempionluq sevincinə qatılmamışdı. Maraqlıdır ki, o, bu dəfə də liqada “Başakşehir”üzərində qazanılan 3:0 hesablı qələbədən sonra da diqqət çəkən addım atıb.

Matçın bitməsindən dərhal sonra İkardi stadionun dəhlizini sürətli addımlarla keçərək stadionu tərk edən ilk futbolçu olub. Onun bu görüntüləri qısa müddətdə sosial mediada yayılaraq viral olub.

Qeyd edək ki, argentinalı hücumçunun “Qalatasaray”la müqaviləsinin son ilidir.