AZ

Xətai sakinlərindən narazılıq: Tullantılar yandırılır, tüstü mənzillərə dolur - VİDEO

Ərazidən çıxarılan tullantıların stadionun ərazisində toplandığı və daha sonra yaxınlıqdakı binaların qarşısında yandırıldığı iddia olunur.

 

Pravda.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 42-46 ünvanında yaşayan sakinlər yandırılan tullantıların tüstüsünün mənzillərinə dolduğunu bildirirlər.

 

Sakinlərin sözlərinə görə, bu hal artıq xeyli müddətdir davam edir və tez-tez təkrarlanır.

 

Şikayətçilər iddia edirlər ki, zibillər həmin ərazi üzrə Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən ora daşınır və yandırılır.

 

Qarşı tərəf isə bu iddiaları təkzib edir. 99 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşı Azər Nəhmədovun sözlərinə görə, ərazidə bayramla əlaqədar tonqal qalanıb. O bildirib ki, məhəlləyə tullantı maşını daxil ola bilmədiyi üçün zibillər müvəqqəti olaraq həmin ərazidə toplanır və daha sonra daşınır. Stadion ərazisində tullantıların yandırılması və bunun tez-tez baş verməsi ilə bağlı iddiaların isə əsassız olduğu qeyd olunub.

 

Tarix: 15 Mart 2026, 00:44   
Seçilən
49
1
pravda.az

2Mənbələr