AZ

Pakistan: Əfqanıstanın dron hücumları “qırmızı xətti keçdi”

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Asif Ali Zardari bildirib ki, Əfqanıstanın pilotsuz uçuş aparatları ilə Pakistan ərazisinə hücum etməsi “qırmızı xəttin keçilməsi” deməkdir.

Bizimyol.info xəbər verir ki, Pakistan prezidentinin administrasiyasının "X" sosial şəbəkəsində yaydığı məlumata görə, Zardari ölkənin mülki yaşayış məntəqələrinə edilən dron zərbələrini qətiyyətlə pisləyib və Əfqanıstandakı Taliban hakimiyyətinin bu addımla təhlükəli həddi aşdığını vurğulayıb.

Cümə günü Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın Xayber-Paxtunxva əyalətində və paytaxt İslamabadda hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb. Pakistan ordusunun mətbuat xidmətinin məlumatına görə isə bütün dronlar havada məhv edilib və hədəflərə çatmayıb.

Rəsmi açıqlamada bildirilib ki, pilotsuz aparatların qalıqlarının düşməsi nəticəsində dörd mülki şəxs yaralanıb. Pakistan tərəfi Əfqanıstanın “böyük insan və maddi itkilər” barədə iddialarını da təkzib edib.

Xatırladaq ki, fevralın 26-sı axşam saatlarında Pakistan–Əfqanıstan sərhədində döyüşlər yenidən alovlanıb. Kabul bu əməliyyatların Pakistanın Əfqanıstan ərazisinə endirdiyi son hava zərbələrinə cavab olduğunu bildirib.

Pakistanın müdafiə naziri Xavaca Asif isə açıqlamasında qeyd edib ki, hazırda ölkəsi ilə Əfqanıstandakı Taliban hökuməti faktiki olaraq açıq silahlı qarşıdurma vəziyyətindədir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
bizimyol.info

1Mənbələr