AZ

Bu gün 62033 şagird buraxılış imtahanı verəcək

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 11 illik orta təhsilsəviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Trend DİM-əistinadən xəbər verir ki, bu gün Bakı şəhərinin Qaradağ, Binəqədi,Xətai, Suraxanı, Yasamal rayonları, Abşeron (II hissə), Sumqayıt(II hissə), Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən,Gədəbəy, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar,Göyçay, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Masallı, Astara,Yardımlı, Lerik, Ağcabədi, Beyləqan, Ağdam (o cümlədən Xıdırlı,Kəngərli kənd tam orta məktəbləri), Xocalı (Şəhər 1 nömrəli vəBallıca kənd orta məktəbləri), Xankəndi (Şəhər 4 nömrəli məktəb),Şuşa (Şəhər 1 nömrəli məktəb), Laçın (Şəhər 2 nömrəli tam ortaməktəb, Zabux və Sus kənd tam orta məktəbləri), Kəlbəcər (Şəhər 1nömrəli tam orta məktəb), Qax, Balakən, Zaqatala, Quba, Xızı,Qusarda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılışimtahanı keçiriləcək. Martın 15-də Bakı şəhəri üzrə xüsusiməktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrindəyerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərdə vəhərbi liseylərdə təhsil alanlar da imtahan verirlər.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-dəburaxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılarimtahan binasına buraxılmırlar.

Martın 15-də keçiriləcək imtahanda 62033 şagirdin iştirakınəzərdə tutulur.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahanbinalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişşəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətlişagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şəraityaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılarüçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Seçilən
59
49
az.trend.az

9Mənbələr