“Türkiyə Yaxın Şərqdəki müharibəyə cəlb olunma cəhdlərinə qarşı diqqətlidir”.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Ölkəmizi müharibəyə çəkməyə yönəlmiş qəsd, tələ və təxribatlara qarşı son dərəcə diqqətli davranırıq", — deyə Ərdoğan yazıb.
Türkiyə lideri Ankaranın xarici siyasətindəki əsas istiqamətləri qeyd edib. Onun sözlərinə görə, bunlar dövlət siyasəti və böhranların idarə edilməsi sahəsindəki təcrübədir. Ərdoğan əlavə edib ki, Türkiyə bu baxımdan "rahat ola bilər".