AZ

Fənər rəhbərliyi Tedesko ilə təcili toplantı keçirdi!

ain.az, Footbal-plus saytına istinadən bildirir.

12 ildi, çempionluğa həsrət qalan ''Fənərbaxça''da yenə son mövsümlərin əsas bəlası özünü biruzə verməyə başladı. "Football-plus.az" xəbər verir ki, komanda mövsümün ən həlledici anında ciddi bir eniş yaşayaraq xalları sağa-sola paylamağa başlayıb. İlk 25 turda uduzmamaqla tarixində bir ilki yaşayan İstanbul nəhəngi 26-cı turda sonuncu pillədə qərarlaşan ''Fatih Karagümrük''ə məğlub oldu. Bu uğursuzluq rəhbərliyin səbr kasasını daşırdı. Son 4 turda komanda artıq 7 xal itirib. Bu gün mühüm bir olay yaşandı. Belə ki, komandanın durumunun dəyərləndirilməsi və enişin səbəblərinin müzakirə edilməsi üçün idman direktoru Devin Özək ilə baş məşqçi Domeniko Tedesko prezident Sadəttin Saran tərəfindən klub binasına dəvət olundular. Onların klub binasına gəlişini fotoreportyorlar da qeydə aldı. Toplantı yerli vaxtla saat 15.30-da başladı. Özək ilə Tedesko saat 18.00-da klub binasını tərk etdi. Daha sonra klub yönəticiləri öz aralarında toplantı keçirdilər. Yönəticilərdən birinin jurnalistlərə verdiyi açıqlamaya görə toplantıdan istefa qərarı çıxmayıb. Ancaq görünən odu ki, Tedeskonun ''kreslosu'' ciddi şəkildə laxlamağa başlayıb. Camiə artıq çempionluğa olan ümidini növbəti dəfə itirib. Bu üzdən Tedeskonun mövsüm bitməmiş qovulması sürpriz olmayacaq. Mətbuatda indidən Aykut Kocaman, İsmayıl Kartal və Tuncay Şanlının adı namizədlər arasında hallansa da, hələlik məşqçi dəyişikliyi gündəmdə deyil.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
icma.az

2Mənbələr