AZ

Qalatasaray liderliyini möhkəmləndirib, Trabzonspor Fənərbağça ya çatıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 14 mart, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında XXVI turun oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün daha 4 qarşılaşma keçirilib.

"Qalatasaray" öz meydanında "Başakşəhər"ə 3 cavabsız qolla qalib gələrək, xallarını 64-ə çatdırıb və liderliyini möhkəmləndirib.

"Trabzonspor" isə evdə "Rizəspor"u 1:0 hesabı ilə məğlub edib. Qara dəniz derbisindəki qələbədən sonra "Trabzonspor" 2-ci pillədəki "Fənərbağça" ilə xallarının sayını bərabərləşdirib - 57.

Digər matçlarda "Konyaspor" səfərdə "Kocaelispor"u 2:1 hesabı ilə məğlub edib, "Göztəpə" isə evdə "Alanyaspor"la bacarmayıb - 2:2.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
5
azertag.az

6Mənbələr