AZ

Səudiyyə Ərəbistanında oynayan türkiyəli futbolçu əməliyyat olundu

Türkiyə Futbol Federasiyası karyerasını Səudiyyə Ərəbistanında davam etdirən türkiyəli müdafiəçi Yusuf Akçiçəkin son durumu ilə bağlı məlumat paylaşıb.

Orda qeyd olunub ki, gənc futbolçu dünən Fransanın paytaxtı Parisdə bel yırtığından əməliyyat olunub.

Qeyd edək ki, Yusuf ''Fənərbaxça''nın yetirməsidi və onun ulduzu ötən mövsüm Joze Mourinyonun dönəmində parlamışdı. Şans qazandığı matçlarda özünü yaxşı tərəfdən göstərməyə başlayaraq Türkiyə yığmasına da dəvət alan 20 yaşlı futbolçu ötən yay 22 milyon avroya ''Əl-Hilal''a transfer olundu. O, cari mövsümdə Səudiyyə Ərəbistanı nəhənginin heyətində 17 rəsmi oyuna çıxaraq 1 qol vurub.

Yusufun əməliyyatının uğurla keçdiyi və artıq müalicə kursuna başladığı qeyd olunub. Amma onun nə vaxt yaşıl meydanlara dönəcəyi barədə məlumat yoxdu.

Seçilən
13
1
football-plus.az

2Mənbələr