AZ

Əraqçi bəyan etdi: İran hazırdır

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Ərəqçi bildirib ki, Tehran hərbi əməliyyatlara baxmayaraq ciddi güzəştlərə getməyə hazır idi. Üstəlik, İran heç vaxt nüvə silahı istehsal etməyi planlaşdırmayıb. O, 60 faizə qədər zənginləşdirilmiş 440 kiloqram uranın mövcudluğunun sirr olmadığını və bunun MAQATE hesabatlarında qeyd edildiyini vurğulayıb.

Globalinfo.az xəbər verir ki, nazirin sözlərinə görə, İran bundan imtina etməyə, zənginləşmə səviyyəsini azaltmağa hazır idi. Və bu, çox böyük güzəşt olacaqdı.

Əraqçi Hörmüz boğazı ilə bağlı da açıqlama verib. O bildirib ki, boğaz gəmiçilik üçün açıq qalır, lakin bəzi məhdudiyyətlər tətbiq olunur.

Nazirin sözlərinə görə, Hörmüz yalnız ABŞ və İsrailə aid gəmilər və tankerler üçün bağlanıb. Bu vəziyyət İranın hərəkətləri ilə yox, regiondakı ümumi vəziyyətlə əlaqədardır.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
globalinfo.az

1Mənbələr