AZ

"Bu cür "Qarabağ"a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın" - Rəşad Sadıqov

"Zirə" Misli Premyer Liqasının 24-cü turunda doğma meydanda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Oyun bizim üçün yaxşı başladı, təhlükəli hücumlarımız oldu. Birinci hissənin ortalarında rəqib hesabda irəli çıxdıq. Ondan 5-10 dəqiqə oyunumuzda eniş oldu, rəqib daha üstün idi. Hətta 2-ci qolu vura bilərdilər. Hissənin sonlarına yaxın oyun bizim üçün daha yaxşı keçdi. 2:0-dan sonra oyunu dəyişdirmək çətin idi. Əvəzetmələr etdik, müəyyən effekt verdi. 2:1-dən sonra düşünürdük ki, rəqibi basqı altında saxlasaq, qol vurmaq ehtimalımız olar. Amma "Qarabağ" irəli atıldı və 3-cü qolunu vurdu. Bu gün meydanda güclü, yaxşı "Qarabağ" var idi. Futbolçularım əllərindən gələni etdilər. Mübarizə apardılar. Hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı. Oyun təbii olaraq "Qarabağ"ın dominantlığı ilə keçirdi. Amma bizim oyunçular da yaxşı əzmkarlıq apardılar. 2:0-da, 3:1-də ruhdan düşmədilər, ən azından bir xal qazanmaq istəyirdik. Bu cür "Qarabağ"a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın. "Qarabağ" sıx qrafikdə idi. Son turda da ustalıq göstərdilər ki, bütün fikirləri çempionatdadır".

- Komandanın 2-ci hücumçusu olsaydı, fərqli nəticə alına bilərdi? Heyətdə daha effektiv oyunçu olsaydı...

- Təbii ki. Hamımız istəyirik ki, daha yaxşı olsun. Futbolçularımdan razıyam. Oyun planına sadiq qalırdılar. Futbolçular tapşırıqları yaxşı səviyyədə yerinə yetirdilər.

- Apreldə sıx qrafikiniz olacaq...

- Milli aradan sonrakı sıx qrafik daim ağlımdadır. Çox ciddi itkilərimiz var. İssa Cibrilla Qubadakı meydandakı zədədən sonra hələ də yoxdur. 5-6 aydır heç cürə bərpa ola bilmir. Brahim Konate zədədən sonra qayıdıb. Çalışırıq ki, formasını yığsın. Qismət Alıyev qızdırması var idi. Onun yerini doldurmaq bizim üçün çətin idi. Milli aradan sonra həlledici perioda girəcəyik.

- "Zirə" digər komandalardan legioner almağı ilə fərqlənir. İzlədiyiniz legionerlər var?

- Bu haqda qəti şəkildə düşünmürük. Mövsümün ən vacib periodu başlayıb. Çempionatda çox bəyəndiyimiz futbolçular var. 

- 4-cü yer uğrunda mübarizəyə görə gərginlik ola bilər?

- Yarışdır da. Qış fasiləsindən sonra komandamız pis çıxış etmir. Yeganə qəbul etməliyik ki, "Kəpəz"lə matçda oyun baxımından məmnun deyiləm. O oyunla bağlı tənqidlərə də razıyam. Amma 1/4 finalı keçmişik, digər matçları qazanmışıq. "Sabah", "Turan Tovuz" və "Qarabağ"a uduzmuşuq. Əlimizdən gələni etmişik, amma rəqib bizdən daha yaxşı olub. Klub olaraq yeni limitiə adaptasiya olmağa ehtiyacımız var. Bütün oyunlara eyni limitlə çıxırıq. Yeganə fərq qapıda Aydının yox, Tyaqo Silvanın olmasıdır. Digər rəqiblər 10-11 legionerlərlə mübarizə aparırlar. Bu da bizim üçün növbəti illər üçün yaxşı dərs oldu deyim, düzgün anlaşılsın. Yeni limitə adaptasiya üçün. 

- "Zirə" artıq uzun illərdir ki, stabil nəticələr göstərir, avrokuboklarda mərhələ adlayır. Sizcə, kluba daha böyük büdcənin artırılmasının zamanı çatmayıb?

- Hamı istəyər. Mən istəyərəm ki, büdcəmiz daha çox olsun, əminəm ki, rəhbərlik də onu istəyir. Ən vacib olan odur ki, komanda vacibdir. Bir qəpik kiməsə borcumuz yoxdur, hamıya qarşı ədalətli olmuşuq. Rəqiblərin seleksiyaları filan, biz müəyyən məqamlarda istədiyimiz transferləri edə bilmədik. Gedişatlar yaydan bəlli idi ki, rəqiblər çempionatda necə iddialı idi. Futbolda belə hallar baş verir. Bu gün vacib olan odur ki, sona qədər mübarizə aparmaq, avrokuboklara düşmək. İnandırım sizi, rəhbərlik qarşımıza avrokuboklara düşmək kimi hədəf qoymamışdı. Mümkün şəraitdə ən yaxşısını etməyə çalışırıq. Avrokuboklara düşmək istəyirik. Rəhbərliyi, özümüzü, azarkeşlərimizi sevindirək. Rəqiblərin gücünü başa düşürük. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara biz də düşək.

- İki epizod var idi ki, penalti istəyirdiz. O epizodlarla bağlı fikriniz necədir?

- Paltardəyişmə otağında baxdım, hər ikisi penalti idi. Nəticəyə necə təsir edərdi, başqa sual idi. Bizim üçün çox üstünlük olacaqdı. Rəqib daha çox basqı olacaqdı. İkinci epizod 86-cı dəqiqədə idi, qol vursaydıq, 3:2....maraqlı olan odur ki, epizodları şərh etdikdə haqq qazandırılacaq. Hər iki epizodda penalti verilsəydi, doğru qərar kimi şərh veriləcəkdi. Şərhlər adamı məyus edir. Bu iki penalti verilsəydi, şərh veriləcəkdi ki, penalti idi. Verilmədi, deyiləcək penalti deyil. Fərid Hacıyev, Nicat İsmayıllı...Əvvəlki oyunlarda da mübahisəli qərarları olub.

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
22
5
sportal.az

7Mənbələr