AZ

Rəşad Sadıqovdan Rəhim Həsənova etiraz: “Penalti verilsəydi, deyiləcəkdi penaltidi”

Misli premyer-liqasının 24-cü turunda “Zirə” “Qarabağ”a məğlub oldu - 1:3.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Rəşaf Sadıqov iştirak edib.

- Oyun bizim üçün yaxşı başladı. İlk hissədə Montiel hesabı açdı, sonra oyunumuzda eniş oldu. Amma sonra təşəbbüsü ələ aldıq, yaxşı oynadıq. İkinci yarı da belə başladı. Qol da vurduq. Son 10-15 dəqiqədə hesabı bərabərləşdiməyi düşünürdük, amma rəqib irəli atılıb qol vurdu. Meydanda çox yaxşı “Qarabağ” var idi. Oyun təbii ki, “Qarabağ”ın dominantlığı ilə keçdi. Bu cür “Qarabağ”a qarşı uğur qazanmaq üçün hər şey alınmalıdı. Son turda böyük ustalıqlarını göstərdilər.

- 2-ci hücumçu olsaydı, fərqli nəticə ola bilərdimi?

- Təbii ki. Hamımız daha yaxşısını olmaq istəyirik. Futbolçularımdan razıyam. Təhlükəli olmağa çalışırdıq.

- Apreldə sizi sıx qrafik gözləyir.

- Milli fasilədən sonra sıx qrafik… Ciddi itkilərlə oynayırıq. Cibrila Qubada aldığı zədədən sonra uzun müddətdi oynamır. Konate oynamağa başlayır. Qismət 5 gündü qızdırma içindı yatır. Amma oyun praktikaları azdı. Qismətin yerini doldurmaq çətin idi. “Karvan-Yevlax”la səfər oyunimuz var. Günü-gündən artırırlar. Futbolçuların sağlamlığı vacibdi.

- Penalti epizodları ilə bağlı fikirləriniz?

- Paltardəyişmə otağında baxdım, məncə penalti idi. 25-ci dəqiqə idi. Qol vursaydıq, “Qarabağ”da oyunu çevirə bilərdi. 86-cı dəqiqədə olan epizod da penalti idi. Penalti olsaydı, deyiləcəkdi ki, penaltidi. Fərid Hacıyevlə Nicat İsmayıllı tandemi bu əvvəl də, bu gün də bizə problem yaratdı. Əminəm ki, şərh ediləndə penalti kimi qəbul olunmayacaq.

- Digər klublardan legioner transer etmək fikriniz var?

- Bu haqda qəti düşünmürük.

- Bəyəndikləriniz var?

- Əlbəttə.

- Qomis niyə oynamadı?

- Zədəlidi. Bəlkə də növbəti turda 15-20 dəqiqə oynaya bilər.

- Bu dövrədə ev oyununda qələbəniz yoxdu…

- Bu yarışdı. Düşünmürəm ki, pis çıxış etmirik. “Kəpəz”lə oyunda qəbul etməliyik ki, eniş oldu. Nəticə olaraq da, oyun olaraq da, razıyam ki, geri qaldıq. Bu barədə tənqidlərə açığam. Amma digər oyunlarda yaxşı oynamışıq.

- “Zirə”yə daha çox büdcə ayırmağın vaxtı çatmayıb?

- Hamı istəyər. Rəhbərlik də, mən də bu u istəyirik. Amma nələrsə alınmır. Sabit mübarizə aparırıq, hamıya ədalətli olmuşuq, borcumuz yoxdu. Bu durum yaydan bəlli idi. Futbolda mütəmadi olaraq bu hal baş verir. Rəhbərlik qarşımızda avrokubok hədəfi qoymamışdı. İnanıram ki, mövsümün sonunda məşqçilərin, futbolçuların qarşısına qoyduğu hədəfə çatarıq. Əlimizdən gələni edəcəyik.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
42
football-plus.az

1Mənbələr