AZ

7 saatlıq yuxu ilə özünüzü diabetdən qoruyun

Yeni elmi araşdırma yuxu müddəti ilə insulin müqaviməti, diabet və digər metabolik xəstəliklər arasında əlaqəni ortaya qoyub.

"BMJ Open Diabetes Research & Care" jurnalında dərc olunan araşdırmada təxminən 23 000 insanın məlumatları təhlil edilərək insulin müqaviməti ilə yuxu arasındakı əlaqə araşdırılıb.

Məlum olub ki, gecə təxminən 7 saat 19 dəqiqə yuxu 2-ci tip diabet riskini azaltmaq üçün ideal müddətdir. Bundan əlavə, həftə ərzində yuxu çatışmazlığı yaşayanların həftə sonları əlavə 1-2 saat yatmaqla insulinə həssaslığını artırdığı müşahidə edilib. (Axşam.az)

Seçilən
0
2
musavat.com

3Mənbələr