AZ

Müctəba Xameneinin heç bir problemi yoxdur, İran rəsmiləri gizlənməyiblər - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin hücumları zamanı İslam Respublikasının bütün rəsmi şəxslərinin sığınacaqlarda gizləndiyi barədə yayılan xəbərləri təkzib edib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, Əraqçi bunu MSNBC-yə müsahibəsində deyib.

"Bütün dünya Amerikanın rəsmilərimizin gizlənməsi barədə yalan danışdığını gördü" , - o bildirib və əlavə edib ki, başda İran Prezidenti Məsud Pezeşkian olmaqla digər rəsmi şəxslər də "Beynəlxalq Qüds Günü"nə həsr olunan yürüşə qatılıblar:

"Onlar tezliklə görəcəklər ki, yeni ali rəhbər (Müctəba Xamenei) üçün heç bir problem yoxdur. O, öz mesajını verdi və Konstitusiyaya uyğun olaraq vəzifələrini icra edəcək".

Seçilən
57
2
missiya.az

3Mənbələr