AZ

“TRAMP PUTİNİN İRANLA BAĞLI TƏKLİFİNİ RƏDD EDİB” “İran uranın ölkədən çıxarılmasına qarşı olub”

ain.az bildirir, Hurriyyet portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp 9 martda baş tutan son telefon danışığı zamanı Vladimir Putinin İranın zənginləşdirilmiş uranını Rusiyaya daşımaq təklifini rədd edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Axios” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Putin söhbət zamanı Vaşinqton və Tehran arasındakı münaqişənin həlli üçün bir neçə ideya irəli sürüb, o cümlədən uranın Moskvaya köçürülməsini. Lakin Tramp bu variantı rədd edib.

"Bu təklif ilk dəfə deyildi ki verildirdi və o, qəbul edilmədi. ABŞ-nin mövqeyi ondan ibarətdir ki, biz uranın təhlükəsizliyini təmin etməliyik", - deyə ABŞ rəsmisi nəşrə bildirib. Söhbət təxminən 450 kiloqram 60%-ə qədər zənginləşdirilmiş urandan gedir. Nəşr qeyd edir ki, bu cür material, sonrakı emalla, bir neçə həftə ərzində nüvə silahı dərəcəsinə yüksəldilə bilər və onun həcmi 10-dan çox nüvə başlığı yaratmaq üçün potensial olaraq kifayətdir.

“Axios”-a görə, Moskva bu məsələni hələ 2025-ci ilin may ayında ABŞ-İran nüvə danışıqları zamanı, eləcə də hazırkı müharibənin başlamasından bir neçə həftə əvvəl qaldırıb. Eskalasiyadan əvvəlki danışıqların son mərhələsində Tehran da uranın ölkədən çıxarılması ideyasını rədd edib. Nəşrin yazdığına görə, İranın hazırda uranın ölkədən çıxarılması variantını qəbul etməyə hazır olub-olmadığı hələ məlum deyil.

“Axios” daha əvvəl ABŞ və İsrailin hərbi əməliyyatın sonrakı mərhələsində nüvə materiallarının təhlükəsizliyini təmin etmək üçün İrana xüsusi qüvvələr göndərmək imkanını müzakirə etdiklərini bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
hurriyyet.az

2Mənbələr