AZ

Hansı universitetlər bölgələrə köçürülür?VİDEO

Bakıda fəaliyyət göstərən bəzi universitetlərin bölgələrə köçürülməsi və ya regionlarda yeni ali təhsil müəssisələrinin yaradılması məsələsi yenidən gündəmə gəlib.

Xezerxeber.az xəbər verir ki, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd olunur ki, bu istiqamətdə təhlillər aparılmalı və mümkün modellər nəzərdən keçirilməlidir.

Sənəddə Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti nümunə kimi göstərilir və digər bölgələrdə də bu modeldən istifadə olunmasının mümkünlüyü qeyd edilir. Millət vəkili bildirib ki, Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində hazırda iki mindən artıq tələbə təhsil alır. Deputat hesab edir ki, oxşar təcrübə digər bölgələrdə də tətbiq edilə bilər.

Deputat qeyd edir ki, belə qərar qəbul olunmazdan əvvəl məsələ ciddi şəkildə araşdırılmalıdır. Onun sözlərinə görə, hansı bölgədə universitetə ehtiyac olduğu, müəllim və mütəxəssis təminatı kimi məsələlər də diqqətlə nəzərdən keçirilməlidir ki, gələcəkdə əlavə problemlər yaranmasın.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
4
1
xezerxeber.az

2Mənbələr