AZ

Həkimlərdən ŞOK: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin

Dünya tibb aləmində inqilabi yenilik yaşanır. Həkimlər yüksək qan təzyiqi və hipertoniyadan əziyyət çəkən xəstələrə aptekə getmək əvəzinə fərqli bir məşğuliyyət növünü tövsiyə edirlər.

Bu barədə məşhur "Bloomberg" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, həkimlər xəstələrə alternativ müalicə üsulu kimi balıq tutmağı məsləhət görürlər. Ürək xəstəlikləri və depressiyadan əziyyət çəkən insanlar daim gərginlik və həyəcan içində olduqları üçün balıq ovu bu gərginliyi aradan qaldırmağın ən yaxşı yolu hesab olunur.

Təbiət qoynunda, səssizlikdə vaxt keçirmək, suyun sakitləşdirici mənzərəsini seyr etmək pasiyentlərin psixi və fiziki sağlamlığına dərmanlardan daha effektiv təsir göstərir.

Mütəxəssislər qeyd edirlər ki, bu, tibb aləmində "sosial təyinat" adlanan yeni və mühüm bir tendensiyadır.

Bura təkcə balıq ovu deyil, həm də rəsm çəkmək, könüllü fəaliyyətlə məşğul olmaq və digər sosial müdaxilələr daxildir.

Qeyd edək ki, bir həkimin xəstəyə balıq tutmağı tapşırması qəribə səslənsə də, artıq bir çox ölkələrdə bu üsul rəsmi müalicə proqramlarına daxil edilib. (Publika.az)

Seçilən
0
2
musavat.com

3Mənbələr